Cənubi Koreya müstəntiqləri Yun Sak-Yol üçün həbs qərarı istəyirlər
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Cənubi Koreyanın istintaq bölməsi ölkə prezidenti Yun Sak-Yolun həbsinə order verilməsi üçün tarixi addım atır.
Hazırda vəzifəsi dayandırılmış prezident dekabrın əvvəlində hərbi vəziyyət elan etdiyi üçün istintaqa cəlb edilib. Müstəntiqlərin fikrincə, onun hərəkətləri üsyan sayıla bilər. Çünki Yun nə polis, nə də korrupsiyaya qarşı mübarizə idarəsinin təkrar sorğu-suallarına məhəl qoymayıb.
Cənubi Koreyada ilk dəfədir ki, vəzifədə olan prezident üçün belə bir tələb irəli sürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə