İsveçrə 2026-ci ildə ATƏT-ə sədrlik edəcək. SİA xəbər verir ki, bu barədə təşkilatın saytında qeyd edilib.
Bildirilib ki, İsveçrənin quruma sədrliyinin mürəkkəb dövrə təsadüf etdiyi vurğulanıb.
“İsveçrə bu mühüm vəzifəni çox mürəkkəb bir siyasi şəraitdə həyata keçirəcək” – deyə, rəsmi məlumatda qeyd edilib.
Qeyd edək ki, İsveçrə tarixində üçüncü dəfə bu mötəbər quruma rəhbərliyi həyata keçirəcək.
Xatırladaq ki, gələn il quruma sədrlik funksiyasını Filandiya öz üzərinə götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə