Rusiya gözlənilmədən özünə yeni düşmən yaradır..?

...Artıq məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan təyyarəsini vurmaqda birbaşa Rusiyanı ittiham edib və məsuliyyətin tanınmasını eləcə də günahkarların cəzalandırılmasını istəyib.

O, həmçinin bildirib ki, Rusiya məsuliyyətdən yayınmağa və insanların qətlini susdurmağa çalışır.

...Bizi əsəbləşdirən və təəccübləndirən məqamlardan biri də Rusiyanın rəsmi strukturlarının hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürməsi oldu. Yəni bu, açıq şəkildə göstərdi ki, Rusiya tərəfi məsələni susdurmaq istəyir.

Azərbaycan Prezidenti bildirib bunu.

...Qeyd edək ki, rus təbliğatçıları artıq isterikdirlər.

Məsələn, SİA-nın bir qədər əvvəl də yazdığı kimi, rusiyalı hərbi müxbir Kots,.. "Əliyev özünü daha diplomatik kimi aparmalıdır",-yazıb. Deyim ki, buna elə "rusfason" cavab vermək olardı, amma...

...Amma sual olunur: kiminlə? Müharibə elan etmədən qonşu ölkələrə hücum edən, mülki təyyarələri vuran, uşaq xəstəxanalarını bombalayanlarla?

...Əslində belələrinə ancaq cinayətkar kimi yanaşırlar.

...Gəlin etiraf edək ki, ruslar özlərinə yeni düşmənlər yaratmaqda “pərgardırlar".

...Və indi Bakı ilə də münasibətlər korlanmaqdadır..?

...Amma nə olur, olsun...

...Bu isə hələ ki, təyyarənin Mahaçqalaya enmək əvəzinə niyə dənizə göndərilməsi sualını gündəmə gətirməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə