Lavrov Əsəd hökumətinin devrilməsinin səbəbini AÇIQLADI

Prezident Bəşər Əsədin başçılıq etdiyi Suriyanın əvvəlki rəhbərliyi uzun sürən vətəndaş qarşıdurması kontekstində əhalinin əsas ehtiyaclarını ödəyə bilməyib". SİA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, bunun günahının bir hissəsi Vaşinqtonun üzərinə düşür, çünki ABŞ faktiki olaraq Suriyanın şimal-şərqini işğal edib, burada ölkənin əsas neft ehtiyatları var. Lavrovun sözlərinə görə, Dəməşqə qarşı sanksiyalar da rol oynayıb.

Suriya hakimiyyətinin işinin nəticələrini şərh edən Lavrov qeyd edib ki, onlar tam hüquqlu siyasi prosesə başlamaq üçün rəqiblərlə və nüfuzlu regional qonşularla konstruktiv dialoq qura bilməyiblər:

"Nəticədə hakimiyyət çətin qərarlar qəbul etməli oldu və nəticədə qeyri-populyar tədbirlər oldu - sosial əhəmiyyətli mal və xidmətlərə görə subsidiyaların azaldılması və ya ləğvi".

“Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi durmadan azalırdı”, - Lavrov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə