Misir Bəhreyn və BƏƏ ilə gömrük rəsmiləşdirilməsi müddətini azaltmaq üçün sazişlər imzalamağa hazırlaşır. SİA “əl-Arabiyyə” kanalına istinadla xəbər verir ki, sazişlərin gələn ilin birinci rübündə imzalanması gözlənilir. Kanalın Misirin maliyyə nazirinin vergi siyasəti üzrə müavini və gömrük idarəsinin rəhbəri Şərif əl-Kilaniyə istinadla yaydığı məlumata görə, yaxın aylarda bir sıra digər ölkələrlə də oxşar sazişlər imzalanması planlaşdırır.
Qeyd edilməlidir ki, yüklərin keçidini asanlaşdırmaq məqsədilə gömrük rəsmiləşdirilməsi müddətini üç gündən 3-4 saata endirmək üçün bu ayın əvvəlində Misir və Səudiyyə Ərəbistanı arasında saziş imzalanıb. Səudiyyə Ərəbistanı, həmçinin Misir ilə ticarət mübadiləsini asanlaşdırmaq üçün əlavə gömrük güzəştləri təqdim etməyi planlaşdırır.
Misirin Sənaye Nazirliyinin məlumatına görə, ötən ilin ilk doqquz ayı ərzində Bəhreynlə ticarət mübadiləsinin həcmi 379 milyon dollar dəyərində olub. BƏƏ isə Misir ixracatının əsas 5 bazarından biridir. Belə ki, ötən il Misirin qeyri-neft məhsullarının ixracatının ümumi həcminin 6 faizi bu bazarın payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə