Belçika hökuməti elektron siqaretləri qadağan etməyə hazırlaşır. SİA “The İndependent”ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Frank Vandenbrouk açıqlayıb. O deyib ki, bu siqaretlər insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərir: “Bu səbəbdən yanvarın 1-dən etibarən elektron siqaretlərin satışı qadağan olunacaq”. Vandenbrouk qeyd edib ki, Belçika Avropada bunu edən ilk ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə