Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatları barədə açıqlama yayıb
Suriyanın və İraqın şimalında PKK/YPG-yə məxsus 4 terrorçu zərərsizləşdirilib.
Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada terrorçular üçün qaçacaq yerin olmadığı və heç bir yerin onlar üçün təhlükəsiz olmadığı vurğulanıb.
“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində müəyyən etdiyi 2 PKK-lı terrorçunu və Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsində aşkar etdiyi 2 PKK/YPG-lı terrorçunu zərərsizləşdirdi. Harada olursa olsunlar qəhrəman türk əsgəri terrorçuların nəfəsini kəsməyə davam edəcək”, – deyə açıqlamada bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə