Bütün kəşfiyyat qurumları ləğv edildikdən sonra ölkənin təhlükəsizlik orqanları yenidən təşkil olunacaq. SİA SANA agentliyinə istinadla xəbər verir ki, bu barədə Suriya Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Xəttaba məlumat verib. “Təhlükəsizlik və kəşfiyyata gəlincə, təhlükəsizlik orqanları bütün kəşfiyyat orqanları ləğv edildikdən və onların strukturunun yenidən qurulmasından sonra yenidən təşkil ediləcək”, - Xəttaba bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə