Avropa İttifaqından olan istifadəçilər kütləvi şəkildə Rusiyanın "Telegram" informasiya kanallarına daxil ola bilmədiklərindən şikayət edirlər. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Beləliklə, NTV, "Rossiya-1", "Birinci Kanal", "Rossiyskaya qazeta", "RİA Novosti", "İzvestiya" və digər federal KİV-lərin "Telegram" kanalları əlçatmaz olub. İstifadəçilər qeyd edirlər ki, onlar kanalların yerli qanunları pozduğuna dair mesaj alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə