ABŞ-ın Nyu-York şəhərindəki Penn Station-da 56 yaşlı kişi qəsdən yandırılıb. Hadisə cümə günü axşam saat 20.10 radələrində Manhettendə baş verib və şəxsin bədənində ciddi yanıq izlərinin olduğu bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bədənindən ağır yanıq xəsarətləri alan zərərçəkən təcili olaraq xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hadisənin təfərrüatları ilə bağlı hələlik dəqiq məlumat olmasa da, hücumun hansı səbəbdən baş verdiyi bəlli deyil.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hər hansı hadisə şahidlərinin məlumat verəcəyi təqdirdə səlahiyyətlilərlə əlaqə saxlamalarını xahiş edib.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində bir nəfər metroda yatmış qadını alışqanla yandırıb və qadın hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra 2018-ci ildə Qvatemaladan ABŞ-a mühacirət etdiyi təsbit edilən təcavüzkar nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə