Filippin sahillərində güclü zəlzələ oldu

Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri 30 min insanın yaşadığı Dapa bələdiyyəsindən (Siarqao adası) 8,8 km cənub-şərqdə, ocağı 41 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə