Həmin sanksiyanı “mükafat” adlandırdı

Xəbər verdiyimiz kimi, ABŞ Gürcüstanın sabiq Baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. SİA TASS-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu qərarı pisləyib. “Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən “mükafatdır”, - Baş nazir deyib. Gürcüstan hökumətinin başçısı onu da əlavə edib ki, İvanişvili uzun müddətdir ki, sanksiyalarla şantaj edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə