“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar. SİA xəbər verir ki, bu fikir Fransanın “La Voix du Nord” portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər.
Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını xilas edə biliblər. Hdiravlik və naviqasiya sistemlərinin sıradan çıxmasına rəğmən, onlar 2 saat ərzində Xəzər dənizindən keçərək təyyarəni Aktauya çatdıra biliblər. Qəzada həyatlarını itirən gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın fədakarlıqları sayəsində faciənin miqyasını kiçiltmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə