Ukrayna ABŞ və Dünya Bankından 485 milyon dollar aldı

Ukrayna ABŞ və Dünya Bankından "PEACE in Ukraine" investisiya layihəsi çərçivəsində 485 milyon dollar alıb. SİA xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında bildirib. Məlumata görə, ayrılmış vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə