3 dövlət Qərbi Afrika Ölkələri İqtisadi Birliyini tərk edir

Burkina-Faso, Mali və Niger 29 yanvar 2025-ci ildən etibarən Qərbi Afrika Ölkələri İqtisadi Birliyini tərk edəcək. SİA Mali mətbuatına istinadla xəbər verir ki, bu barədə qurumun Nigeriyanın paytaxtı Abucada keçirilən iclasında komissiya rəhbəri Omar Alyö Türe məlumat verib. Bildirilib ki, hər 3 ölkə təşkilatdan çıxdığını təsdiqləyib. Müvafiq prosedurları yerinə yetirmək üçün yanvarın 30-dan etibarən 6 aylıq keçid müddəti müəyyən edilib.

Qeyd edək ki, yanvarda Burkina-Faso, Mali və Niger qurumdan çıxmaqla bağlı diplomatik kanallarla müraciət edib. hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə