...İqtisadi problemlərə görə 2025-ci ildən sonra Rusiya üçün müharibə aparmaq çətin olacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Xodjes proqnozlaşdırır.
O, “Kiyev24” telekanalına müsahibəsində Ukraynada müharibənin 2025-ci ildə bitib-bitməyəcəyi sualına cavab verərkən bu məsələyə münasibətini bildirib.
...Hər şey onu göstərir ki, Rusiya 2025-ci ildən sonra iqtisadi cəhətdən dayana bilməz. Onların iqtisadiyyatda çox ciddi problemləri var. Mən deməzdim ki, onlar davam edə bilməyəcəklər, lakin bunu etmək onlar üçün çox, çox çətin olacaq.
Bunu Xodjes bildirib.
Onun sözlərinə görə, Qərb ölkələrindən və ABŞ-dan çox şey asılıdır.
...Biz nümayiş etdirməliyik ki, Ukrayna bu münaqişədə qalib gələnə qədər Ukraynanı tərk etməyəcəyik.
Bunu da amerikalı hərbçi vurğulayıb.
... ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün atacağı addımlara gəlincə, Xodjes bununla bağlı proqnoz vermək öhdəliyini üzərinə götürməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə