ABŞ Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.
ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, siyasətçi Rusiyanın xeyrinə iddia edilən hərəkətlərə görə sanksiyalara məruz qalıb.
Dekabrın 13-də Birləşmiş Ştatlar “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya şərik olanlara” viza məhdudiyyəti qoyub. Tədbir Gürcüstan hökumətinin nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları, eləcə də fərdi şəxslər də daxil olmaqla 20-yə yaxın insanı əhatə edib.
Sanksiyaları Blinken Gürcüstanda etirazçılara qarşı təzyiqlərə cavab olaraq elan edib. Etirazlar noyabrın sonunda baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə