Türkiyə Sudana qarşı səxavətli mövqe nümayiş etdirdi

Sudanın xarici işlər naziri Əli Yusuf Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Sudan xalqına qarşı səxavətli mövqe nümayiş etdirdiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə-Sudan münasibətlərinə dair fikirlərini Anadolu Agentliyilə paylaşan nazir Türkiyənin Sudanın suverenliyinə dəstəyini bütün platformalarda açıq şəkildə ifadə etdiyini söyləyərək deyib: “Türkiyə müharibə dövründə prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Sudan xalqına və dövlətinə qarşı səxavətli və müsbət mövqe nümayiş etdirdi. Ərdoğan dekabrın 13-də Türkiyənin Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı mübahisələrin həllinə yardımla bağlı açıqlama verdi ki, bu təklif Sudana müsbət təsir etdi.

Efiopiya ilə Somali arasında uğurlu vasitəçilikdən sonra Sudan və BƏƏ arasında da danışıqlar aparmağa hazır olduğunu bildirən müdrik və təcrübəli lider R.T.Ərdoğanın təklifi də daxil olmaqla, irəli sürülən digər müsbət təşəbbüslərin də uğurlu olacağına ümid bəsləyirik.

Xatırladım ki, 15 aprel 2023-cü il tarixindən etibarən ölkənin bir çox əyalətində ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında qarşıdurmalar davam edir. Həmin ilin may ayında Səudiyyə Ərəbistanı ilə Ciddə şəhərində ordu ilə XTQ arasında Ciddə Bəyannaməsi qəbul edilməsinə baxmayaraq, Xüsusi Təyinatlı Qüvvələr bu razılaşmanın qərarlarına uymadı. Sudan böyük bir sui-qəsdlə qarşı-qarşıya qaldı. 2023-cü ilin 15 aprelindən hədəf alınan Sudanın kimliyi və varlığını düşmən hədəfindən xalqımız qurtardı öz qanı-canı bahasına və bu döyüşdən şərəflə çıxdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə