Nazir vətəndaşları konservləşdirilmiş qida ehtiyatı toplamağa çağırıb

...Danimarkanın baş naziri Mette Frederiksen Rusiyanın NATO ölkələrinə hücum etməyi planlaşdırmadığı barədə açıqlamalarına baxmayaraq, tövsiyələrə əməl etməyə qərar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, ölkənin bütün digər vətəndaşlarını da belə etməyə çağırıb.

Beləliklə, nazir mümkün fövqəladə hallara hazır olmaq üçün üç gün ərzində konservləşdirilmiş qida ehtiyatı toplamağa qərar verdiyini etiraf edib.

“DR” televiziya və radio şirkətinə verdiyi müsahibədə o, hakimiyyətin tövsiyələrinə uyğun hərəkət etdiyini və həmvətənlərini də belə etməyə çağırıb.

...Düşünürəm ki, danimarkalılar mənim etdiyim kimi bu məsləhətlərə əməl etməlidirlər,-deyə nazir bildirib.

Danimarka Fövqəladə Hallar İdarəsi vətəndaşlara su, qida, dərman, nağd pul, isti geyim, şəxsi gigiyena vasitələri, həmçinin radio, fənər, şam, kibrit və portativ şarj cihazları gətirməyi tövsiyə edir.

Frederiksen həmçinin Rusiyanı “potensial təhlükə” adlandırıb. Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Silahlı Qüvvələrinin Danimarkadan olan muzdlu əsgəri Kursk vilayətinin işğalından sonra vətəninə qaçıb.

Bundan əvvəl internetdə Danimarkanın baş naziri Frederiksenin ölkəsini Norveçlə necə qarışdırdığı barədə məlumat yayılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə