Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç həbs edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir prokurorluğun göstərişi ilə Bosniya və Herseqovinanın Serbska Respublikasının Daxili İşlər Nazirliyi keçirdiyi xüsusi əməliyyat zamanı Şərqi Sarayevoda saxlanılıb.
Nenad Neşiç 2016-cı ildən 2020-ci ilədək “Serbska Respublikasının Yolları” İctimai Müəssisəsinin direktoru vəzifəsində işlədiyi dövrdə korrupsiyada ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə