“AZAL ekipajı iki dəfə eniş etməyə cəhd edib, lakin...”

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib

Azərbaycan Hava Yollarına məxsus təyyarənin ekipajı iki dəfə Aktau hava limanında uçuş-enmə zolağına enməyə cəhd edib.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

SİA-nın məlumatına görə, onun sözlərini RİA Novosti sitat gətirir.

...Heyət aerodromun uçuş-enmə zolağına enməyə iki cəhd edib, bu zaman trayektoriyada xaotik dəyişikliklər müşahidə edilib. Sonra ekipajla əlaqə kəsilib, - deyə Karabayev bildirib.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Aktauda baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən 10 nəfərin artıq şəxsiyyətinin müəyyən edildiyini bildirmişdi. Təyyarədə ümumilikdə 67 nəfər olub.

Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmamağa çağırıb.

Qazaxıstanın baş naziri Oljas Bektenov qeyd edib ki, respublika Aktauda baş vermiş təyyarə qəzasından sonra hava limanlarının və təyyarələrin texniki vəziyyətinə plandankənar yoxlamalar aparacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə