Misir bir neçə hava limanının idarə edilməsini özəl sektora verir..?

Misir hökuməti ölkənin bir neçə hava limanının idarə edilməsini və istismarını özəl sektora verməyi planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Baş nazir Mustafa Mədbuli dünən özəl sektor rəhbərləri ilə keçirilmiş iclasda danışıb. Baş nazir qeyd edib ki, bununla paralel olaraq, özəl sektor dövlətlə birgə tərəfdaşlıq vasitəsilə aviaşirkətlər təsis edə bilər. Bu təklif Misir aviasiya donanmasının genişləndirilməsinə və turizm sektorunun daha da inkişafına töhfə verəcək. M.Mədbuli qeyd edib ki, bu il Misirə təxminən 15.5 milyon turist gəlib. Hökumət gələn il bu sayın 18 milyona çatmasını planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə