...Ukrayna resurs çatışmazlığı səbəbindən artıq müharibə apara bilmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “UkrLife” YouTube kanalında bildirib.
O qeyd edib ki, ölkənin əraziləri azad etmək üçün müharibə aparmaq, prinsipcə isə müharibə aparmaq üçün resursları məhduddur və döyüş əməliyyatlarını dayandırmaq lazımdır.
Romanenko həmçinin hesab edir ki, Ukrayna sülh üçün “məqbul şərtlər” uğrunda mübarizə aparmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin birbaşa xətt üzrə bəyanat vermişdi ki, Moskvanın dialoqa başlamaq üçün heç bir ilkin şərti yoxdur.
Moskva dəfələrlə Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllini təklif edib, lakin Kiyev bunu qanunvericilik səviyyəsində qadağan edib.
Əvvəllər məlum olmuşdu ki, cəbhədə əsgər çatışmazlığı səbəbindən demobilizasiya ləğv edilib.
Bundan əvvəl Poroşenko Ukraynanı itirmək riskini açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə