...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kürdüstan Fəhlə Partiyası və İslam Dövləti ölkə üçün ekzistensial təhlükə yaradır və o, bu qruplaşmaları məhv etmək niyyətindədir.
Türkiyə lideri əlavə edib ki, kürd qüvvələri ya təslim olmalı, ya da “dəfn olunacaq”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxış edən Ərdoğan qeyd edib ki, Ankara Suriyadakı terror təşkilatlarını, ilk növbədə Rusiyada qadağan olunmuş İslam Dövləti və həmçinin terrorçu sayılaraq fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə Partiyasını məhv etməkdə qərarlıdır.
Ərdoğanın sözlərinə görə, bu qruplaşmalar həm Türkiyə, həm də Suriya üçün təhlükə yaradır.
Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar.
...Kürd qardaşlarımızla aramıza qan divarı hörməyə çalışan terror təşkilatını məhv edirik
Bunu Türkiyə lideri bildirib.
Qeyd edilməlidir ki, Suriyada hakimiyyətə gələn üsyançılar da kürd qüvvələrinə hücum edirlər.
İddialara görə, Bəşər Əsəd rejiminin devrilməsindən sonra kürdlər dəstək üçün ABŞ-a müraciət edərək Türkiyəyə təzyiq göstərməyi xahiş ediblər.
Türkiyə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin əsas hissəsi olan Kürd Xalq Müdafiə Birliklərini Türkiyə dövlətinə qarşı mübarizə aparan Kürdüstan Fəhlə Partiyasının qolu hesab edir.
Suriyadakı kürd əsgərləri İslam Dövlətinə qarşı döyüşür.
...Suriya Demokratik Qüvvələrinin hücumları nəticəsində onlar İslam Dövlətinə qarşı əməliyyatları müvəqqəti dayandırmaq məcburiyyətində qaldılar, ABŞ isə terrorçularla mübarizədə kürd qüvvələrinə çox arxalandı.
Bunu “The Wall Street Journal” yazıb.
Nəşrin yazdığına görə, 900-dən çox amerikalı əsgər İslam Dövlətinə qarşı mübarizə aparmaq üçün Suriyanın şimal-şərqində və şərqində (kürdlərin yerləşdiyi yer) yerləşdirilərək missiyanı davam etdirmək üçün burada qalacaq.
ABŞ Suriyada həm Suriya Demokratik Qüvvələri, həm də hökumət qüvvələrinə dəstək verir.
Sonuncuların sıralarında Rusiyada terrorçu kimi tanınan və Türkiyə tərəfindən dəstəklənən “Həyat Təhrir əl-Şam” qruplaşması əsas rol oynayır.
Rusların yazdığına görə, Ankara kürd birliklərinə Türkiyə, Suriya, İraq və İran ərazilərinin daxil olduğu müstəqil Kürdüstan yaratmaq istəyinə görə terrorçu hesab edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə