Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Tramp bazar günü dövlət səviyyəsində yalnız iki cinsi - kişi və qadını tanıyan rəsmi siyasəti təsdiqləmək niyyətində olduğunu açıqlayıb.
...Bu xüsusilə çətin səslənmir, elə deyilmi? .
SİA-nın məlumatına görə, Tramp bunu Arizonada ABŞ-ın Turning Point konfransında çıxışı zamanı deyib.
...Bundan əvvəl “Times” qəzeti hərbi mənbələrə istinadən xəbər vermişdi ki, Tramp ABŞ silahlı qüvvələrinin sıralarından bütün transseksual hərbçilərin işdən çıxarılmasına dair fərman vermək niyyətindədir.
İlkin hesablamalara görə, bu tədbir 15 min nəfərə qədər təsir edə bilər.
Space X-in rəhbəri, yeni Tramp administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə namizəd olan milyarder İlon Mask, uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatları həyata keçirən həkimlərin ömürlük həbsi ideyasını dəstəkləyib.
Bu, “Associated Press”-in noyabr ayında dərc edilmiş sorğusunun ABŞ əhalisinin təxminən yarısının ölkədə transgender hüquqlarına dəstəyin “həddindən artıq irəli getdiyinə” inandığı zaman baş verir.
Bundan əvvəl Tramp ABŞ-ın bilavasitə qonşularını - Kanada və Meksikanı narkotik ticarətinə görə mallarına 25 faiz rüsum tətbiq etməklə hədələmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə