Sankt-Peterburqun Krasnoselski rayonunda 15 yaşlı qız spirtli içki qəbul edib və nəticədə reanimasiyaya düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız bazar günü gecə yarısı Sankt-Peterburqda, Poqraniçnik Qarkavoy küçəsində yerləşən yaşayış binasının yaxınlığında tapılıb.
O, ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Həkimlər zəhərli etanol zəhərlənməsini qeydə alıblar.
Polis araşdırmaya başlayıb.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
...Bundan əvvəl Sankt-Peterburqda buzlaq yoldan keçən birinin başına düşüb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə