Avropa Komissiyası İtaliyaya 8,7 milyard avroluq altıncı yardım paketini ayırıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İtaliya Nazirlər Şurası ayrılan vəsaitin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 23 mərhələ və 16 hədəf çərçivəsində 39 məqsədə nail olunması üçün ayrıldığını açıqlayıb. Bildirilir ki, vəsaitin 6,9 milyard avrosu kreditlər, 1,8 milyard avrosu qrantlar şəkildə ayrılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Avrokomissiyadan ən böyük məbləğdə maliyyə alan Avropa İttifaqına üzv dövlət olduğunu qeyd edib. Deyib ki, həmin vəsait İtaliyaya bir çox strateji sektorlara sərmayə yatırmağa imkan yaradacaq. Bu, eyni zamanda, hökuməti vətəndaşların rifahı naminə fəaliyyətini davam etdirməyə sövq edir.
Qeyd edək ki, Avrokomissiya bu vaxtadək İtaliyaya təxminən 122 milyard avro vəsait ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə