...Qrenlandiya satılmır və heç vaxt satılmayacaq.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Qrenlandiyanın baş naziri Mute Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın adanın alınması ilə bağlı sözlərinə belə cavab verib.
Tramp bundan əvvəl sahibkar Ken Hoverini Amerikanın Danimarkadakı səfiri vəzifəsinə təyin etmişdi. O, qərarını ABŞ-ın Qrenlandiyaya sahib olmasının “mütləq zəruriliyi” ilə izah edib.
...Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq. Azadlıq uğrunda uzun mübarizəmizi itirməməliyik.
Bunu Mute Egede bildirib.
Xatırladaq ki, 1953-cü ilə qədər Qrenlandiya Danimarkanın koloniyası idi. O, hələ də krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünüidarəetmə və daxili siyasətdə müstəqil seçim imkanı ilə muxtariyyət alıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə