İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrail ordusu Xan-Yunisin qərbində, Əl-Məvasi bölgəsində köçkünlərin olduğu çadır düşərgəsini atəşə tutub.
Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanası güclü atəşə tutulub.
Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bu yana İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB