Xərçəngdən əziyyət çəkən Kral III Çarlzın müalicəsi gələn il də davam edəcək

Xərçəng diaqnozu qoyulan Kral III Çarlzın müalicəsi gələn il də davam edəcək. SİA Britaniya mediasına istinadla xəbər verir ki, Kralın müalicəsində irəliləyiş var.

Kral III Çarlzın xərçəng diaqnozu fevral ayında Bukinqem sarayı tərəfindən elan edilmişdi. Bununla belə onun hansı növ xərçəngdən əziyyət çəkdiyi və dəqiq hansı müalicə prosedurlarından keçdiyi açıqlanmayıb. Kralın Londonda mütəmadi olaraq xüsusi tibbi görüşlərdə iştirak etdiyi bildirilir.

Mənbə Kralın vəziyyəti ilə bağlı nikbinlik olduğunu qeyd edib. Bu, xüsusilə Kralın bayram dövrü də daxil olmaqla ictimai tədbirlərdə iştirak etmək istəyində öz əksini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə