Corconenin naməlum rəsm əsəri Almaniyada tapılıb

Venesiyalı İntibah dövrü rəssamı Corconenin (Ciorcio Barbarelli, 1478-1510) rəsm əsəri Almaniyanın Münxen şəhərindəki Bavariya Dövlət Rəsm Kolleksiyasında aşkar edilib. SİA xarici mətbuata istinadla xəbər verir ki, florensiyalı gənc Covanni Borgerininin müəllimi, venesiya erudit Trifon Qabrielo ilə qoşa portreti 2011-ci ildən Münxendəki Yaşıl Qalereyada nümayiş etdirilir.

Sənətşünaslar tərəfindən aparılan geniş təhlilindən və texnoloji araşdırmadan sonra rəsmin səthinin altında gizlənmiş daha üç kompozisiya aşkar edilib. Bu əsərlər, erkən ölümünə baxmayaraq, dövrünün incəsənətinə böyük təsir göstərən Corconenin iş üsulları haqqında nadir təsəvvür əldə etməyə imkan verdi.

“Rəsm əvəzsiz dəyərə malikdir, o, Qədim Pinakotek üçün uğurdur və İtaliya incəsənəti tarixi üçün sensasiyadır”, - deyə Köhnə Pinakotekin (Alte Pinakhotek, 1836-cı ildə Münxendə yaradılmış rəsm qalereyası) italyan rəsm kolleksiyasının rəhbəri Andreas Şumaxer bildirib.

“Bavariya dövlət rəsm kolleksiyasında Corconenin aşkar edilməsi əsl Milad möcüzəsidir!”, - deyə, Bavariya torpağının incəsənət naziri Markus Blüme vurğulayıb.

Portret Köhnə Pinakotekin daimi ekspozisiyasında nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə