Aİ ölkələrindən biri Rusiyaya şərab ixracını artırıb

...Son bir ildə İtaliya Rusiyaya 170 milyon avro dəyərində şərab tədarük edib ki, bu da 18 milyard rubl təşkil edir.

SİA xəbər verir ki, bu barədə RİA Novosti İtaliya-Rusiya Ticarət Palatasının (IRTC) rəhbəri Ferdinando Pelazzoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İtaliyadan Rusiyaya illik şərab idxalı 63 faiz artıb. O, vurğulayıb ki, söhbət dünyada İtaliyadan şərab satışının artım tempinin ən böyük artımından gedir.

Pelazzo həmçinin bildirib ki, 2024-cü ilin birinci rübündə italyan şərabının tədarükü yeni rüsumların gözləntiləri fonunda 140 faiz daha yüksək olub. Nəqliyyat və Sənaye İnstitutunun sədri əlavə edib ki, ilin ortasında göstəricilər 79 faiz artıb.

Xatırladaq ki, 2023-cü ildə Rusiya qeyri-dost ölkələrdən gələn vermut, köpüklü və adi şərablara idxal rüsumlarını maya dəyərindən asılı olaraq 20 faizə, lakin litri 1,5 dollardan az olmamaq şərti ilə artırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə