“Putinin dostu” Putindən üz döndərib və...

onu cinayətkar adlandırıb..?

...Rusiya liderinin qondarma “qız yoldaşı”, Almaniyanın “Sara Vaqenknext Birliyi” (SSV) partiyasının lideri Sara Vaqenknext Vladimir Putindən uzaqlaşaraq onu cinayətkar adlandırıb.

SİA-nın məlumatına görə, bu barədə “Spiegel” yazır.

...Mən bu müharibəni pisləyirəm... Müharibəyə başlayan siyasətçiləri - bu, Vladimir Putinə də aiddir - cinayətkar hesab edirəm.

Bunu alman qadın deyib.

Qeyd edilməlidir ki, Vaqenknext iyun ayında Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışından sonra partiyasının Bundestaqı tərk etmək qərarını müdafiə edib.

Alman partiya sədrinə görə, o zaman guya danışıqlar üçün heç bir şans olmayıb,.. lakin Zelenskini ayaqda alqışladılar.

O, bunu "çox səliqəsiz" adlandırıb.

Xatırladaq ki, əvvəllər Sara Vaqenknext rusiyapərəst fikirlərinə görə “Putinin dostu” adlandırılır. Sentyabrın 15-də o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün “plan” təklif etdi və bu planda Qərb ölkələrini Ukraynaya silah tədarükünü dayandırmağa dəvət etdi.

Onun planına görə, bunun müqabilində Putin guya “indiki cəbhə xəttində dərhal atəşkəsə razılaşmalıdır”..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə