...Son üç ildə Vladimir Putin daha az zarafat etməyə başlayıb və demək olar ki, gülməyi dayandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti bunu “2024-cü ilin yekunları”nda etiraf edib.
Belə ki, dövlət başçısı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra nə qədər dəyişdiyi ilə bağlı sualı cavablandırıb.
...Bu üç il, yaxşı, iki ildən çox, onlar, əlbəttə, bizim hamımız üçün ciddi sınaq idi. Bütün ölkə və mənim üçün.., - Rusiya lideri qeyd edib.
O, həmçinin əlavə edib ki, əsas problemlərin müəyyənləşdirilməsi və onların həllinə diqqəti yönəltmək bacarığını təkmilləşdirməyə davam edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə