“Brexit” Böyük Britaniyanın ixracını 27 milyard funt sterlinq azaldıb

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) nəzdində fəaliyyət göstərən İqtisadi Performans Mərkəzinin (CEP) hesabatına görə, “Brexit” nəticəsində Böyük Britaniyanın ixracı 27 milyard funt sterlinq azalıb.

SİA xəbər verir ki, CEP-in hazırladığı hesabatda qeyd olunur ki, ən böyük zərər kiçik bizneslərə dəyib. Bildirilib ki, 2022-ci ildə Böyük Britaniyadan ixrac olunan malların ümumi dəyəri təxminən 27 milyard funt sterlinq (6,4 faiz) azalıb.

2021-ci ilin yanvarından sonra Avropa İttifaqına ixrac edən təxminən 14 faiz (təxminən 16 min 400) Britaniya şirkətinin ixracatını dayandırdığı müəyyən edilib. Hesabat üçün 100 mindən çox şirkətin məlumatlarından istifadə edilib.

Hesabatda “Brexit”in ticarətə və kiçik bizneslərə mənfi təsirləri vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə