Təcili yardım maşınında olan qadın ölüb

...Murmansk yaxınlığında qatarın toqquşması nəticəsində xəsarət alan qadın təcili yardım maşınında dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərindəki mənbəyə istinadən yazır.

Xatırladaq ki, ümumilikdə 14 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

Bundan əvvəl Rusiya Dəmir Yolları 11 saylı Murmansk - Sankt-Peterburq qatarının xəsarət alan sərnişinlərinə maddi yardım edəcəklərini açıqlamışdı. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərə bir milyon rubl, yerindəcə tibbi yardıma müraciət edənlərə isə 500 min rubl ödəniləcək.

Bütün qatar sərnişinlərinə biletlərinin tam dəyəri geri qaytarılacaq və onlara 20.000 bonus xalı veriləcək. “Rusiya Dəmir Yolları” həmçinin şirkətin hesabına öz tibb müəssisələrində xəsarət almış sərnişinlərin müalicəsi və reabilitasiyası üçün imkan yaratmağa hazırdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə