ABŞ-ın əvəzinə Ukraynaya hərbi yardımın çatdırılmasının koordinasiyasını NATO öz üzərinə götürüb.
SİA xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
...Agentliyin həmsöhbətinin sözlərinə görə, bu addım Ukraynaya dəstək mexanizmini NATO-ya şübhə ilə yanaşan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan qorumaq məqsədi daşıyır.
...Bir neçə aylıq gecikmədən sonra atılan bu addım NATO-ya Rusiyanın işğalına qarşı müharibədə alyansın öz qoşunlarını münaqişə zonasına göndərməsini tələb etmədən daha fəal rol verir.
Bununla belə, diplomatlar etiraf edirlər ki, səlahiyyətlərin alyansa ötürülməsi məhdud effekt verə bilər, çünki blokun dominant gücü və Kiyevi silahlarının böyük hissəsi ilə təmin edən Birləşmiş Ştatlar hələ də Trampın dövründə Ukraynaya dəstəyini azaltmaqla ciddi ziyan vura bilər.
Qeyd olunur ki, NATO-nun Ukraynaya Yardım Koordinasiya Missiyasının yeni qərargahı Almaniyanın Visbaden şəhərindəki Amerika Clay kazarma bazasında yerləşir.
Onun ümumi gücü alyansın Belçikadakı hərbi qərargahında, Polşa və Rumıniyadakı logistika mərkəzlərində yerləşən hərbi qulluqçular da daxil olmaqla, təxminən 700 nəfər olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə