...Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili isveçrəli jurnalistlərlə söhbətində dekabrın 29-da səlahiyyət müddəti bitdikdən sonra mandatını verməkdən imtina etdiyini vurğulayıb.
SİA-nın məlumatına görə, RİA Novosti mənbəyə istinadən yazır.
Şənbə günü, dekabrın 14-də Gürcüstan parlamentinin binasında ölkənin yeni prezidenti seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakim “Gürcü arzusu” partiyasının namizədi Mixail Kavelaşvilinin respublika prezidenti seçildiyini açıqlayıb. Siyasətçi 300 səsdən 224 səs toplayıb.
Bunun fonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı prezident Zurabişvilinin dekabrın 29-da prezident sarayını tərk edəcəyinə əminliyini bildirib.
Jurnalistlər Zurabişvilidən onun mandatından imtina edib-etməyəcəyini və ya payızda ifadə olunan imtina ilə bağlı mövqeyinin hələ də qüvvədə qalıb-qalmadığını soruşublar.
...Bəli, heç nə dəyişməyib, - deyə dövlət başçısı qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə