İtaliya Ukraynaya 10-cu hərbi yardım paketi ilə bağlı razılığa gəlib

...İtaliya hökuməti Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri Ukraynaya onuncu hərbi yardım paketini təsdiqləyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə dekabrın 16-da ANSA məlumat yayıb.

Kiyevə göndəriləcəklərin siyahısı əvvəlki paketlərdə olduğu kimi məxfidir.

Mənbələr nəşrə bildiriblər ki, yeni paketin məzmunu çərşənbə günü, dekabrın 18-də İtaliyanın müdafiə naziri Qvido Crosetto tərəfindən İtaliya kəşfiyyat xidməti COPASIR üzərində parlament nəzarəti orqanında təqdim olunacaq.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bazar ertəsi səfirlərin konfransında deyib ki, İtaliya “Ukraynanın kapitulyasiyası ola bilməyəcək ədalətli sülhə hərtərəfli öhdəliyində Kiyevin yanındadır”.

O, Rusiya Federasiyasının, eləcə də Çin, Hindistan və Braziliyanın iştirakı ilə ikinci sülh sammiti üzərində işlərin davam etdiyini vurğulayıb.

Nazir xatırladıb ki, G7 xarici işlər nazirlərinin noyabrda Fiuggidə keçirilən görüşündə “Ukraynanın enerji təhlükəsizliyinin və onun bərpasının dəstəklənməsinin əsas rolu” təsdiqlənib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə