Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkənin nəzarətini ələ keçirən “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqələrin qurulduğunu təsdiqləyib.
HTŞ hələ də Britaniyada terror təşkilatı kimi tanınsa da, Böyük Britaniya zəruri hal səbəbindən diplomatik və kəşfiyyat kanalları vasitəsilə qruplaşma ilə əlaqə saxlayıb.
SİA-nın məlumatına görə, Devid Lemmi bu barədə açıqlama verərək Suriyada təmsilçi və inklüziv bir hökumət görmək istədiklərini deyib: “Kimyəvi silah anbarlarının təhlükəsizliyini təmin etmək və onların istifadəsinin qarşısını almaq, eləcə də davam edən zorakılığın sona çatmasını təmin etmək niyyətindəyik. Bu səbəblərə görə mövcud olan bütün, yəni diplomatik və əlbəttə ki, kəşfiyyat yönümlü kanallardan istifadə edərək HTŞ ilə zəruri hallarda əlaqə qurmağa çalışırıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken dekabrın 13-də Amerika hökumətinin HTŞ ilə birbaşa əlaqə qurduğunu bəyan etmişdi.
Bunu da deyək ki, Böyük Britaniya keçən həftə prezident Bəşər Əsədin devrilməsindən sonra həssas vəziyyətdə olan suriyalılara dəstək məqsədilə 50 milyon funt-sterlinq (təxminən 63 milyon dollar) dəyərində yardım paketi açıqlayıb. Bu barədə ölkənin xarici işlər naziri Devid Lemmi məlumat verib. Paketin 30 milyon funt-sterlinqi ərzaq, sığınacaq, təcili tibbi yardım və ən həssas qrupların qorunması da daxil olmaqla, bir milyondan çox insana dərhal yardım göstərmək üçün nəzərdə tutulub.
Suriyalı qaçqınlara dəstək məqsədilə qonşu ölkələr Livan və İordaniyada da tədbirlər planlaşdırılıb. Dünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə hər iki ölkədə suriyalı qaçqınlara yardım üçün 20 milyon funt-sterlinq ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



