Belousov ordunu NATO ilə müharibəyə hazırlamaq tapşırığı verib

Kreml Alyansın Avropadakı qoşunlarından qorxur...

...Rusiyanın müdafiə naziri Andrey Belousov deyib ki, Rusiya “yaxın onillikdə” Avropada NATO ilə mümkün hərbi münaqişəyə hazır olmalıdır. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ilə toqquşma ehtimalını hərbi blokun qəbul etdiyi son qərarlar göstərir.

...Bu, ABŞ və digər NATO ölkələrinin doktrina sənədlərində də öz əksini tapıb.

SİA-nın məlumatına görə, Belousov bunu Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.

...Putin hərbçilərlə də danışaraq, NATO ölkələrinin hərbi xərcləri artırdığını, Avropadakı Amerika qoşunlarının sayının isə 100 min nəfəri keçdiyini bildirib.

...Rusiya sərhədləri yaxınlığında alyans qoşunlarının zərbə qrupları yaradılır və yığılır.

Bunu Putin qeyd edib.

Onun sözlərinə görə, NATO-nun istəkləri çoxdan alyansın “tarixi məsuliyyət zonası”ndan kənara çıxıb.

...Şərq cinahı adlanan cinahdan əlavə, alyans Asiya-Sakit okean regionunda mövcudluğunu artırır. ABŞ-ın təhriki ilə onilliklər ərzində formalaşmış təhlükəsizlik arxitekturasını sarsıdan yeni hərbi-siyasi ittifaqlar yaradılır, - deyə Putin bildirib.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar irəli zonalarda 5500 km-ə qədər atəş məsafəsinə malik raketlər yaradır və yerləşdirməyə hazırlaşır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə