Suriyanın keçmiş diktatoru Bəşər Əsədin ofisi onun adından bəyanat yayıb. SİA bu barədə rus saytlarına istinad edir.
Orada deyilir ki, Əsəd dekabrın 8-i səhər Dəməşqdə qalıb və yalnız həmin gün axşam ölkəni tərk edib.
Onlar həmçinin onun Suriyanı tərk etməsinin “planlaşdırılmadığını” deyirlər.
Üsyançılar Dəməşqə daxil olduqdan sonra Əsəd “rus müttəfiqləri ilə koordinasiyada” hərbi əməliyyatlara nəzarət etmək üçün Latakiyaya köçüb.
...Həmin səhər Xmeymim aviabazasına çatdıqdan sonra məlum oldu ki, qüvvələrimiz bütün döyüş xəttlərindən tamamilə geri çəkilib və ordunun son mövqeləri də düşüb. Bazadan çıxmaq mümkün olmadığı üçün Moskva bazar günü, dekabrın 8-i axşam Rusiyaya təcili təxliyənin təşkili tələbi ilə baza komandanlığına müraciət edib.
Məlumatda bildirilir.
Bəyanatda Əsədin özündən də sitat gətirilir ki, o, bu hadisələr zamanı “bir dəfə də olsun istefa vermək və ya sığınacaq axtarmaq haqqında düşünməyib” və bu barədə heç bir təklif almayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə