Qəzza oktyabrın 7-dən bu yana anklavda ölənlərin sayının 45 028 nəfərə çatıb. 106 962 nəfərin yaralandığını bildirilib. SİA xarici mətbuata istinadən xəbər veriri ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında azı 52 nəfər həlak olub, 203 nəfər yaralanıb. Yaralıların bəziləri hələ də dağıntılar altındadır. Təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.
İsrail 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS yaraqlılarının hücumuna cavab olaraq Qəzza zolağında hərbi əməliyyata başlayıb.
Dekabrın 13-də “The Wall Street Journal” yazıb ki, İsrail və HƏMAS hərbi əməliyyatların 60 günlük dayandırılmasını və Qəzza zolağından 30-a qədər israilli məhbusun azad edilməsini nəzərdə tutan sazişi müzakirə edirlər. İsrail buna cavab olaraq fələstinli məhbusları azad etmək və anklava humanitar yardımın nəqlini artırmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə