İsrail Qəzzada məktəbə hücum edib - 20 nəfər itkin düşüb

İsrail ordusu Qəzza zolağının Xan Yunus şəhərində məcburi köçkünlərin yaşadığı məktəbə hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq Fələstində qətliamlarını davam etdirən İsrail Qəzza zolağında məcburi köçkün dinc sakinləri növbəti dəfə hədəfə alıb.

Yerli rəsmilərdən əldə edilən məlumata görə, İsrail ordusu Xan Yunus şəhərində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid məktəbə hücum edib. Hücum zamanı aralarında uşaqların da olduğu azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralıların Qəzza zolağındakı xəstəxanalara aparıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə