İsrail Hərbi Hava Qüvvələri Suriyada yerləşən hərbi obyektlərə hücum edib. SİA xəbər verir ki, bu barədə Livanın “Al Manar” televiziyasının "Telegram" kanalında məlumat verilib. Bakı vaxtı ilə saat 01:35-də yayılan mesajda deyilir: "İsrail Suriyanın mərkəzindəki Həma və Homs əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib". Bundan əlavə, Tartusun şərq çölündə “güclü partlayışlar” baş verib. Telekanalın məlumatına görə, İsrail qırıcıları Suriya ordusunun sursat anbarlarını vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə