Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun dünyada etimad mühitinin yaradılması üçün beynəlxalq dialoqun əhəmiyyətinə inandıqlarını söyləyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Qurumun İstanbulda təşkil etdiyi 2024-cü il Beynəlxalq Strateji Ünsiyyət Zirvəsinin (Stratcom Summit 2024) bağlanışında çıxış edən F.Altun deyib: “İki gün ərzində forumda intensiv görüşlər və məsləhətləşmələr apardıq, süni intellekt haqqında danışdıq, bəşəriyyət üçün gətirdiyi çətinlikləri, riskləri və fürsətləri qiymətləndirdik.
Stratcom Beynəlxalq Strateji Kommunikasiya Platforması olaraq fərdlərin və cəmiyyətlərin ömürlük ədalətli, etibarlı, şəffaf və düzgün məlumat əldə etmək hüququnun müəyyənləşdirilməsi və bu haqqın əsaslarının müvafiq qaydalarla gücləndirilməsi zəruridir.
Bilik və təcrübə mübadiləsinin daha davamlı və sabit beynəlxalq cəmiyyətin yaradılmasına fayda verəcəyinə inanırıq.
Biz Türkiyə olaraq bölgəmizdə və dünyada sülh, həqiqət və ədaləti ön planda tutan sabitlik və etimad mühitinin yaradılması üçün beynəlxalq dialoqun vacibliyinə inanırıq.
Qarşılaşdığımız problemlərin qlobal problemlər olduğunu düşünürük. Heç bir dövlət bu problemlərdən özünü təcrid edə və təkbaşına həll yolu tapa bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə