Fransanın Əlcəzairdəki səfiri Stefan Romate bu ölkənin xarici işlər nazirliyinə çağırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirə sonuncu xəbərdarlıq edilib.
Televiziyanın məlumatına görə Əlcəzairin xüsusi xidmət orqanları Fransanın ölkədə sabitliyi pozmaq cəhdinin qarşısını alıb. Səfirin diqqətinə çatdırılıb ki, Əlcəzair “Fransanın hakimiyyət orqanlarının təhdid və şantajlarını qəbul etməyəcək”.
Əlcəzairin rəsmi qəzetlərinin məlumatına görə, ölkəyə qarşı olan qüvvələr vaxtaşırı Fransa səfirliyinə məxsus binalarda toplaşırlar. Fransa hökuməti terrorçu qruplaşmalara himayədarlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə