...OpenAI-nin keçmiş əməkdaşı Suchir Balaji ABŞ-ın San-Fransisko şəhərindəki mənzilində ölü tapılıb.
SİA-nın məlumatına görə, bu barədə “The Times of India” yazır.
Qeyd olunur ki, 26 yaşlı Balaji bu yaxınlarda OpenAI-ni ABŞ-ın müəllif hüquqları qanunlarını pozmaqda ittiham edib.
Qəzet yazır ki, şirkətin keçmiş əməkdaşının ölüm səbəbi hələ də qeyri-müəyyən olaraq qalır, polis isə bildirib ki, hazırda zorakılıqla ölümlə bağlı heç bir dəlil yoxdur.
Avqust ayında amerikalı sahibkar Elon Mask OpenAI və onun yaradıcısı Sem Altmana qarşı yeni iddia qaldırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə