Mitinqlərdə maska ​​taxmağı qadağan edən qanun qəbul edilib

Gürcüstan parlamenti mitinqlərdə üz maskası taxmağı qadağan edən qanunu qəbul edib.

SİA xəbər verir ki, bu barədə Publika internet nəşri məlumat yayıb.

“Gürcü Arzusu mitinqdə pirotexniki vasitələrdən, maskalardan və lazerlərdən istifadəni qadağan edən, bir sıra inzibati cərimələri sərtləşdirən eləcə də şəxsin polisə işə götürülməsi prosedurunu dəyişdirən qanunlar paketi qəbul edib.

Bundan əlavə, aksiyalarda pirotexniki vasitələrdən istifadəyə görə 1779 dollar, üzü örtməyə görə isə 5514 dollar cərimə nəzərdə tutulub.

Bundan əvvəl Avropa Parlamentinin üzvlərinin Tbilisidə keçirilən etiraz aksiyasına gəldiyini bildirmişdi.

Belə ki, Gürcüstanın paytaxtında yenidən mitinqlər davam edir.

Müxalifət və Qərb parlamentariləri oktyabrın sonunda hakim “Gürcü arzusu” partiyasının böyük qələbə qazanmasından sonra ölkə hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağırırlar. O, Rusiya ilə münasibətləri qorumağı və anti-Rusiya sanksiyalarına qarşı olmağı müdafiə edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə