Qəzzada ölənlərin sayı 44 min 875-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 40 nəfər artaraq 44 min 875-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 434 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 40 nəfərin həyatını itirdiyi, 98 nəfərin isə yaralandığı bildirilib. Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 875-ə, yaralıların sayı isə 106 min 454-ə yüksəlib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə